Generalları başına toplayıb, təlim keçdi - FOTOLAR

Generalları başına toplayıb, təlim keçdi - FOTOLAR

Şimali Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komitəsinin (CVK TPK) dördüncü geniştərkibli iclası keçirilib.

Unikal.org xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn rəhbəri olduğu partiyanın 75 illik yubileyi münasibəti ilə, keçirilən Mərkəzi Hərbi Komitəsinin iclasında iştirak edib.

Yığıncaqda CPK TPK üzvləri, KNA TPK komitəsinin icra komitəsinin üzvləri, qoşun və korpus növlərinin komandirləri və siyasi komissarlar, müxtəlif instansiyaların təhlükəsizlik idarələrinin komandanlıq quruluşları, o cümlədən Dövlət Təhlükəsizliyi Nazirliyi, İctimai Təhlükəsizlik Nazirliyi, Mühafizə Qüvvələri Komandanlığı və Partiya Mərkəzi Komitəsinin əsas şöbələrinin müdir və müavinləri iştirak ediblər.

İclasda Kim Çen İn ölkəsinin müdafiə qabiliyyətinin sürətli inkişafı, yeni birləşmələrin yaradılması və formalaşması yolu ilə xarici qüvvələrin təhdidlərə qarşı hərbi dayaq qabiliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyyələrini verib. O, həmçinin Şimali Koreyada nüvə silah tutumunun daha da inkişaf etdirilməsi qərarını verib.

Sonda Koreya lideri hərbi generalları başına toplayaraq, əlindəki qələmlə kağız üzərinə ölkəsinin sərhədləri boyunca hərbi qüvvələrinin gücünün artırılması üçün çəkdiyi xəritəni onlara təqdim edib. Onlara hərbi məsələlərlə bağlı təlim keçib.

Mənbə: www.unikal.org