Çin imtina etdi: Honkonq probleminin BMT TŞ-də müzakirəsi...

Çin imtina etdi: Honkonq probleminin BMT TŞ-də müzakirəsi...

Çin BMT Təhlükəsizlik Şurasında Honkonq ətrafındakı situasiyanı müzakirə etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi yayıb.

“ABŞ BMT Təhlükəsizlik Şurasının Çinin təklif etdiyi milli təhlükəsizlik qanunu ilə bağlı virtual iclasını keçirməyə çağırış edib. Çinin bu iclası keçirməkdən imtina etməsi təəccüblü deyil.

Çin tərəfi də iclasdan imtina ilə bağlı məlumat yayıb. Məlumatda Honkonqla bağlı məsələnin Çinin daxili işi olduğu vurğulanıb.

Mənbə: axar.az