Tehranın keçmiş meri İran parlamentinin sədri vəzifəsinə seçilib

Tehranın keçmiş meri İran parlamentinin sədri vəzifəsinə seçilib

Bu gün İranın 11-ci parlamentinin iclasında Məhəmmədbağır Qalibafın İslami Şura Məclisinin sədri vəzifəsinə namizədliyi müzakirə edildikdən sonra açıq səsvermə keçirilib. Səsverməyə 264 deputat qatılıb və Qalibaf 230 deputatın dəstəyini qazanaraq bir il müddətinə İran parlamentinin spikeri vəzifəsinə seçilib.
İclasda həmçinin aşağı səs qazanmış digər namizədlər, Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümərin yeni parlament spikerin 1-ci və 2-ci müavinləri vəzifəsinə təyin edilib.
İranın 11-ci parlamenti mayın 17-dən etibarən öz fəaliyyətinə başlayıb.
Qeyd edək ki, “Sepah” terror təşkilatının keçmiş komandirlərindən biri olan Məhəmmədbağır Qalibaf, 2000-2005-ci illərdə İranın polis komandanı, 2005-2017-ci illərdə isə Tehranın meri vəzifəsində çalışıb. O, Tehranın meri vəzifəsində fəaliyyət göstərərkən dəfələrlə korrupsiyada və dövlət əmlakını öz yaxın adamlarının xeyrinə mənimsəməkdə günahlandırılsa da, barəsində hər hansı bir ciddi tədbir görülməyib.

Mənbə: davam.az