“Yaxın vaxtlarda görəcəksiniz” – Ərdoğandan kritik açıqlama

“Yaxın vaxtlarda görəcəksiniz” – Ərdoğandan kritik açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı çıxışında Türkiyənin Aralıq dənizindəki karbohidrogen axtarışlarına da toxunub.

Türkiyəni bölgədəki fəaliyyətlərinə görə ittiham edənlərə Ərdoğanın cavabı belə olub: “Bizə “Suriyada, Liviyada, İdlibdə nə işiniz var” deyirlər. Buralarda nə işimizin olduğunu çox qısa zamanda çox-çox yaxşı biləcəksiniz”.

Türkiyə prezidenti Aralıq dənizindəki karbohidrogen axtarışlarının Qara dənizdə də aparılacağını açıqlayıb: “Bu müjdəni xalqımıza vermək istəyirəm. “Fatih” qazma gəmisi mayın 29-da İstanbul boğazından keçərək, yeni axtarışlar üçün Qara dənizə açılacaq”.

Mənbə: teleqraf.com