Kilsə Ermənistanın süqutunun anonsunu verdi

Kilsə Ermənistanın süqutunun anonsunu verdi

Erməni xalqı onu daxildən zəiflədən və gərginlikləri artıran yanaşmalardan imtina etməlidir.

Axar.az xəbər verir ki, bunu Böyük Kilikiya Evinin katolikosu I Aram deyib. O, ermənilərin I respublikadan (1918-ci ildən yaradılan Ermənistan Respublikası nəzərdə tutulur) dərs çıxarmalı olduğunu bildirib.

Onun sözlərinə görə, bütün erməniliyin məqsədi Dağlıq Qarabağın “müstəqilliyinin” gücləndirilməsindən ibarət olmalıdır:

“Çox ehtiyatlı olmalıyıq. I respublikanın mövcud olduğu şərait – epidemiya, iqtisadi böhran, xarici təzyiq və ətrafdakı düşmənlər indiki erməni reallığını xatırladır. Ehtiyatlı olun”.

Mənbə: axar.az