Himnimiz Ukrayna dilində səsləndirildi - Video

Himnimiz Ukrayna dilində səsləndirildi - Video

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, səfirlik bununla bağlı Azərbaycanın Dövlət himninin Ukrayna dilində səsləndirildiyi videoçarx hazırlayıb.

“Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi qardaş Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edir! AR milli himninin akapellasının Ukrayna dilində peşəkar şəkildə ifasında göstərdiyi yardıma görə "Cerela" mahnı teatrına təşəkkür edirik”.

Mənbə: axar.az