Qırğızıstanda koronavirusdan 1066 xəstə sağalıb

Qırğızıstanda koronavirusdan 1066 xəstə sağalıb

Qırğızıstanda COVID-19-dan 1066 xəstə sağalıb, 16-sı isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, son 24 saat ərzində ölkədə bu virusa yoluxanların sayı 27-si tibb işçisi olmaqla 74 nəfər artaraq 1594-ə çatıb. Bunların da 827-si qadın, 767-si kişidir. Xəstəliyə yoluxan 15 yaşına qədər uşaqların sayı 212 nəfərdir, onların 23-ü isə bir yaşına qədər olan körpələrdir.

Ölkədə koronovirusa yoluxan tibb işçilərinin sayı 326 nəfərdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Mənbə: azertag.az