Kəşfiyyat məlumat gətirdi, Ərdoğan zəng etdi: “Səni devirmək istəyirlər”

Kəşfiyyat məlumat gətirdi, Ərdoğan zəng etdi: “Səni devirmək istəyirlər”

“Tunisdə dövlət çevrilişinə hazırlıq gedir, bunun qarşısının Türkiyənin (MİT) verdiyi kəşfiyyat məlumatı ilə alındığı deyilsə də, Liviyadakı proseslərin əsas oyunçularından olan BƏƏ-dən bu ölkəyə gələn təhlükə dəf edilməyib. BƏƏ Tunisdə dövlət çevrilişi planlaşdırır. BƏƏ birinci planının baş tutmamasından sonra B planına keçib”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi təhlilçi Taha Dağlı deyib.

Onun sözlərinə görə, Türkiyə Tunis hökumətinə dövlət çevrilişinə hazırlıq getməsi barədə xəbərdarlıq edib, bundan sonra qiyamın qarşısı səssizcə alınıb:

“Bir neçə gündür ərəb dünyası Tunisdə dövlət çevrilişinin qarşısının alınması xəbəri ilə çalxalanır. Tunis, Liviya, Misir və digər ölkələrdə bu cəhdin qarşısının Türkiyə tərəfindən alındığı haqda müzakirələr gedir.

Beş-altı gündür Tunisdə Misirdəki qiyamın təkrarlanacağı haqda məlumatlar dolaşır. Çevriliş cəhdinin arxasındakı güc isə BƏƏ-dir, ssenari müəllifi isə Məhəmməd Daxlandır.

İlk cəhdlərin olduğu bildirilib. Bundan sonra MİT hərəkətə keçdi. Məlumata görə, Tunis Prezidenti Qeys üç gün əvvəl türk həmkarı Ərdoğana zəng edərək, ona təşəkkür edib. Qeys bir neçə gündür sosial şəbəkə hesablarında Ərdoğana necə minnətdar olmasından yazır. Ərəb dünyası da dünən gecə Türkiyənin Tunis prezidentini devrilməkdən qurtarmasından danışırlar”.

Taha Dağlı qeyd edib ki, BƏƏ-nin arxasında durduğu qiyamçı qüvvələr iyunun 13-dən Tunisdə kütləvi etirazlara başlamağı planlaşdırır:

“BƏƏ-nin maliyyələşdirdiyi planda məqsəd budur ki, bütün Tunis xalqını hakimiyyətə qarşı küçələrə töksünlər. Küçə etirazlarının isə çevrilişlə başa çatmasını planlaşdırırlar”.

Mənbə: teleqraf.com