"Cümhuriyyəti quranlar ayrı-ayrı siyasi partiyalara deyil, bütövlükdə xalqa məxsusdur"-RƏY

"Cümhuriyyəti quranlar ayrı-ayrı siyasi partiyalara deyil, bütövlükdə xalqa məxsusdur"-RƏY

Bu gün Şərqdə ilk demokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 yaşı tamam olur.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, 28 may Respublika günü Azərbaycan xalqının milli dövlətçiliyinin bərpasında önəmli siyasi tarixi hadisədir. Bununla müasir Azərbaycanın əsası qoyuldu:

"102 il bundan əvvəl cümhuriyyətçi babalarımız tərəfindən yaradılan bu respublika Sovet Rusiyası tərəfindən işğal edilsə də, xalqın milli dövlətini ləğv edə bilməyib.
Başda M. Ə.Rəsulzadə, F. X.Xoyski, Ə. B. Tobçubaşov və digərlərinin qurduğu dövlət iki il ərzində dövlət atributlarını yaradıb, inkişaf etdirib, bir əsrə bərbar işlər görüblər.
Əgər Cümhuriyyət qurulmasaydı bu gün Azərbaycan Rusiyanın adi bir vilayəti idi. Ona görə də biz dövlətçiliyimizi yaradan bu şəxslərə minnətdar olmaqla yanaşı, Cümhuriyyət muzeyinin yaradılması və qurucularının büstünün qoyulması istiqamətində çalışmalıyıq. Hətta metrolara Fətəli Xan Xoyskinin, Rəsulzadənin adı verilməlidir. Bu şəxslər ayrı-ayrı siyasi partiyalara deyil, bütövlükdə xalqa məxsusdur.

102 il bundan əvvəl müasir siyasətçilərin heç biri həyatda olmayıb və heç bir partiyanın da ixtiyarı yoxdur ki, cümhuriyyət liderlərimizi özünükləşdirsinlər, yaxud digər partiyalara şamil etsinlər. M. Ə. Rəsulzadə, F. X. Xoyski, Ə. B. Topçubaşov bu dövləti xalq üçün yaratdı. Ona görə də cümhuriyyət liderlərini xatırlayanda bəzən siyasi təəsübkeşklik ortaya qoyurlar. Bu çox yanlış siyasi yanaşmadır. 28 may elan edilməsəydi bu gün nə partiyalar, nə də bugünkü dövlət var idi. Bayramınız mübarək".

Mənbə: sonxeber.az