ABŞ rəsmisi: "Bu komponentlərdən heç biri olmadıqda, İranın qaydaları ilə oynayacaqsınız"

ABŞ rəsmisi: "Bu komponentlərdən heç biri olmadıqda, İranın qaydaları ilə oynayacaqsınız"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Vaşinqtonun Tehrana qarşı uğurlu strategiyasının üç əsas komponentini iqtisadi təzyiq, diplomatik təcrid və hərbi inkişafına mane olmaq adlandırıb.
"İran və onun müttəfiqləri bu gün hakimiyyətə gəldiyimiz dövrdən üç il əvvəlkindən daha zəifdir", - deyən ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk bildirib ki, İran tarixinin ən pis iqtisadi böhranı ilə üz-üzədir, sanksiyalar indiyə qədər tətbiq edilən ən əhatəli sanksiyalardır.

O, "Hər halda bizim siyasətimiz silah embarqosunu uzatmaqdır. Silah embarqosunu uzatmaq niyyətindəyik. Bizim siyasətimiz budur. Bu yaxınlarda ABŞ Nümayəndələr Palatasının 400 üzvü Pompeonun BMT silah embarqosunu uzatmaq siyasətini dəstəkləyib. Vaşinqtonun İrana qarşı yeni strategiyası iqtisadi təzyiq, diplomatik təcrid və hərbi inkişafına mane olmaqdır. İran üçün uğurlu strategiya təşkil edən üç əsas komponentdir. Bu komponentlərdən heç biri olmadıqda, İranın qaydaları ilə oynayacaqsınız", - deyib.

Mənbə: eastnews.org