Çinlə Hindistan arasında gərginlik artır

Çinlə Hindistan arasında gərginlik artır

Eastnews.org-un verdiyi xəbərə görə, Çinlə Hindistan arasındakı mübahisəli Himalay bölgəsi sərhədində son həftələr ərzində gərginlik artıb.

Gərginlik iki ölkənin bölgəyə minlərlə əsgər cəlb etməsiylə yeni mərhələyə keçib.

Bu barədə BBC xəbər verib.

Xəbərə görə, 5 və 9 may tarixlərində iki ölkə arasındakı gərginlikdən sonra Çin Ladax bölgəsinə hərbi qüvvə göndərib. Hinistan ordusu da Leh şəhərindəki hərbi qüvvələrini sayıqlıq zonasına yerləşdirib.

Qeyd edək ki, 1962-ci ildən bu yana iki ölkə arasında gərginlik zaman-zaman artır.

Mənbə: eastnews.org