Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi - FOTO

Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi - FOTO

“Azərbaycan xalqının Respublika Gününü təbrik edirəm”.

Oxu.az-ın məlumatına görə, bunu Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu özünün “Twitter” hesabından Azərbaycan xalqına təbrik mesajında bildirib.

“102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətini elan edən dost və qardaşlarımızla ürəklərimiz hər zaman birlikdə döyünəcək”, - deyə Ə.İmamoğlu əlavə edib.

Azerbaycan halkının Cumhuriyet Günü’nü kutluyorum. 102 yıl önce Azerbaycan Demokratik Cumhuriyeti'ni ilan eden dost ve kardeş halkımızla kalplerimiz her zaman birlikte atacak.

Mənbə: paralel.az