"İnsan həyatı haqqında bu qədər dəqiqləşdirilməmiş informasiyalar yaymaq olmaz”

"İnsan həyatı haqqında bu qədər dəqiqləşdirilməmiş informasiyalar yaymaq olmaz”

“Xəbər istehsalçıları bu qədər ağır bir həyat hadisəsindən yazırlar, amma dəqiqləşdirmə aparmırlar...”

“Onların həyatında baş verən istənilən dəyişikliklə bağlı medianın məlumat verməsi normaldır. Amma məsələnin ikinci bir tərəfi odur ki, istənilən hadisə haqda məlumat verilirsə, bu dəqiqləşdirilməli və dürüst olmalıdır”

Bunu Moderator.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. Ekspert ölüm xəbərlərinin yazılması zamanı media nümayəndələri tərəfindən dəqiqləşdirmə aparılmasının vacibliyini vurğulayıb:

“Əslində ictimai şəxslərlə sadə vətəndaşların həyat tərzi bir-birindən fərqlənir. Sadə bir vətəndaşın şəxsi həyatı haqda yazmaq olmaz, çünki şəxsi həyat toxunulmaz sayılır. Amma icimai şəxslərin həyatları diqqət mərkəzindədir, medianın onunla maraqlanması, istənilən addımları barədə məlumat verməsi adi haldır. Çünki ictimai şəxslər cəmiyyətin yönləndirilməsində və inkişaf etməsində rol oynayan şəxslərdir və ona görə də onların həyatları maraq dairəsindədir. Ona görə də onların həyatında baş verən istənilən dəyişikliklə bağlı medianın məlumat verməsi normaldır. Amma məsələnin ikinci bir tərəfi odur ki, istənilən hadisə haqda məlumat verilirsə, bu dəqiqləşdirilməli və dürüst olmalıdır. Burda bizim xəbər istehsalçılarının problemi ondan ibarətdir ki, bu qədər ağır bir həyat hadisəsindən yazırlar, amma dəqiqləşdirmə aparmırlar. Bu isə birbaşa məsuliyyət yaradan haldır. Çünki yazılan bu xəbərlə həmin insanın özünə və qohum-əqrəbasına ciddi şəkildə ziyan dəyə bilər. Ona görə bu bir tərəfdən qeyri-peşəkarlıqdır, yəni jurnalistlərin etdik kodeksinin birinci bəndi onu tələb edir ki, jurnalist xəbəri dəqiqləşdirməli və onun obyektivliyinə və qərəzsizliyinə əmin olduqdan sonra onu yaymalıdır. İkinci bir tərəfdən kiminsə ölüm xəbəri ağır bir hadisə olduğuna görə hüquqi məsuliyyət yaradır. Çünki insan həyatı haqqında bu qədər dəqiqləşdirilməmiş informasiyalar yaymaq olmaz”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az