Gürcüstan XİN Azərbaycanı təbrik edib

Gürcüstan XİN Azərbaycanı təbrik edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib.
Femida.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.
“Respublika Günündə Azərbaycana və onun xalqına səmimi təbriklərimizi göndəririk. Bizim tərəfdaşlarımıza sülh və çiçəklənmə arzu edirik ”, - deyə paylaşımda qeyd olunub.
Femida.az

Mənbə: femida.az