Niderlandda Azərbaycan Günü - VİDEO, FOTOLAR

Niderlandda Azərbaycan Günü - VİDEO, FOTOLAR

Brabant Əyaləti Azərbaycanlılar Məclisinin təşəbbüsü və Avropa Azerbaycanlılar Kongresinin praktiki dəstəyi ilə 28 May 2020-ci il Brabant Əyalətinin Oistervijk şəhərində rəsmi Azərbaycan Günü olaraq qeyd edilib. Bu gün səhər saatlarında Oistervijk şəhərinin meri Hans Yansen rəsmi olaraq Azərbaycan Bayrağının şəhər meriyası üzərinə qaldırılmasına qərar verib.

Azərbaycan Bayragı şəhər meriyası ilə yanaşı bir sıra dövlət ve inzibati binalar üzərində də qaldırılıb. Mer Hans Yansenin Avropa Azərbaycanlılar Kongresinin Prezidenti Sahil Qasımova ünvanladığı rəsmi məktubda Azərbaycan xalqını və Avropada yaşayan azərbaycanlıları Şərqdə ilk demokratik Cümhuriyyətin 102 yaşı munasibəti ilə təbrik edib, dost Azərbaycan xalqına əmin-amanlıg arzulayıb.

Qeyd etmek lazımdır ki, Brabant əyalətinin Oistervijk şəhərində həmyerlimiz, Niderlandın Milli Qəhrəmanı Medo ləqəbi ilə məşhurlaşmış Məmməd Məmmədov yaşayıb. Bu şəhərdə “Mamedovpad” adı verilmiş küçə və bu Memorial Lövhə inşa edilib. Brabant əyalətinde çoxsaylı azerbaycanlılarla yanaşı Medonun qızı Nansi Domen, kurəkəni Adrian Domen və nəvəsi Selina Domen yaşayırlar.

REAL-ın Avropa Bürosu

 

Mənbə: www.realtv.az