Virusla mübarizə: Bu ölkə ÜST-ə 8 növ peyvənd təklif edib

Virusla mübarizə: Bu ölkə ÜST-ə 8 növ peyvənd təklif edib

Rusiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) koronavirus infeksiyasına qarşı 8 növ peyvənd təklif edib.

Cebhe.info xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Rusiyanın bu məsələdə töhfəsi çox böyükdür. Rusiyanın müxtəlif institutlarından 8 mümkün peyvənd qeydiyyata aldıq. 22 may tarixində ÜST istehsalçılarda 124 potensial peyvəndin olduğu barədə xəbərdar edilib. Yəqin ki, bunlardan daha çoxu var. Ancaq bunlar məlumat verən və qiymətləndirmə meyarlarından keçənlərdir”.

ÜST nümayəndəsi bu peyvəndlərdən 10-nun klinik qiymətləndirmə mərhələsində, 114-nün isə isə preklinik mərhələdə olduğunu deyib. Rusiya Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən koronavirus peyvəndi nümunəsinin klinik sınaqlarını iyulun sonunadək başa çatdırmağı planlaşdırdıqlarını bildirmişdi.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info