Rus senator: "Bu ölkələr ABŞ-ın müasir dünyaya rəhbərlik hüququnu tanımır"

Rus senator: "Bu ölkələr ABŞ-ın müasir dünyaya rəhbərlik hüququnu tanımır"

Rus senator Aleksey Puşkov koronavirus pandemiyasından sonra milli dövlətlərin rollarını və sosial çəkilərini gücləndirəcəyini, qlobalizmin isə bu doktrinanın hər iki tərəfini tanıyan cəmiyyətlərin obyektiv ehtiyacları ilə məhdudlaşacağını deyib.

Publika.az-ın məlumatına görə Aleksey Puşkov bu barədə "Rossiyskaya qazeta" üçün yazdığı məqalədə qeyd edib və dünyanı təsir dairəsinə alan pandemiyadan sonra dəyişəcək siyasi inkişaflar, tarazlıqlar barədə proqnozlar verib.

Rusiya, Türkiyə, Çin, Hindistan, İran və bir çox başqa ölkələrin ABŞ-ın müasir dünyadakı rəhbərlik etmə haqqını tanımadıqlarına diqqət çəkən Puşkov, "çoxqütblü dünya" konsepsiyasını dəstəkləyən insanların sayının getdikcə artdığını bildirib.

Rusiyalı senator bu konsepsiya çərçivəsində beynəlxalq siyasətə hər kəsdən daha çox təsir edən üç böyük ölkənin ön plana çıxdığını, beləliklə gələcəkdə dünyanın "üçqütblü" olacağını söyləyib: "Bərabərbucaqlı üçbucağın iki zirvəsi olan Rusiya və Çin, ABŞ-ın təmsil etdiyi üçüncü təpədən bir-birinə daha çox yaxındır. Bu, ABŞ-ın hələ də bir çox sahədə saxladığı üstünlüyünə qismən də olsa təsir göstərəcək. Qlobal dünya ilə vidalaşmayacağıq, amma dünya fərqli olacaq. Buradakı həyatımız da fərqli olacaq".

Akqabay

Mənbə: publika.az