Rusiya səfiri nazirliyə çağırıldı - SƏBƏB

Rusiya səfiri nazirliyə çağırıldı - SƏBƏB

Rusiyanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri Sergey Neçayev Rusiya hakerinin Federal Məclisin kompüter sisteminə kiberhücumu ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağrılıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, məşvərət katibi Migel Bergerin Bundestaqa qarşı edilən kiberhücumu qəti şəkildə qınadığını bildirib.

Neçayevin nəzərinə çatdırılıb ki, Almaniya Avropa Birliyinin kiberhücumlara qarşı həyata keçirilməsi düşünülən mexanizmini işə salacaq.

Görüş zamanı Rusiya səfirinə Federal Baş Prokuror tərəfindən Dimitri Badin haqqında həbs qərarı ilə bağlı məlumat verildiyi də bildirilib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info