Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop 28 may – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, TBMM sədri "Twitter"dəki səhifəsində yazıb: "Azərbaycan Respublikasının yaranmasının 102-ci ildönümünü münasibətilə qardaş Azərbaycanı təbrik edirəm. Bəxtin parlaq, xalqın sağlam, bayrağın daim yüksəklərdə olsun, şanlı vətən, Azərbaycan!".

Mənbə: apa.az