Çin liderindən ABŞ-a: “Pandemiyadan sonra müharibəyə hazır olmalıyıq”

Çin liderindən ABŞ-a: “Pandemiyadan sonra müharibəyə hazır olmalıyıq”

“Pandemiyanı nəzarət altına alındıqdan sonra müharibəyə hazır olmalıyıq. Silahlı mübarizə və hərbi əməliyyatlarda ordumuzun gücünü artırmalı, bu çərçivədə təlimlər keçirməliyik”.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Çin lideri Şi Cinpinq ABŞ və Çin arasında baş verən müharibəni şərh edərkən deyib.

Bundan əlavə müdafiə naziri Vey Fenghe, epidemiyanın başlandığı gündən bəri ABŞ-ın onlara qarşı təzyiq göstərdiyini qeyd edərək, döyüşçü ruhunun gücləndirilməli olduğunu vurğulayıb.

Məlumata görə, Çin bu il hərbi büdcəsini 6,6 faiz artıraraq 178 milyard dollara çatdırmağı planlaşdırır.

Mənbə: www.yeniavaz.com