Baş Nazir Livanın İsrail qarşısında geri addım atmayacağını bəyan etdi

Baş Nazir Livanın İsrail qarşısında geri addım atmayacağını bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Baş Naziri Həsən Diyab işğalçı İsrail rejiminə qarşı mübarizənin davam edəcəyini açıqlayıb

Baş Nazir açıqlamasında bildirib ki, işğalçı İsrail rejimi tez-tez Livanın sərhədini pozan təcavüzkar addımlar atır.

"Bu bütün beynəlxalq qanunlara ziddir. Dəfələrlə mövqeyimizi açıqlasaq da heç bir beynəlxalq tədbir İsrailin barəsində görülmür", - deyə Həsən Diyab diqqətə çatdırıb.

O, qeyd edib ki, işğalçı İsrail rejimi özünü bütün beynəlxalq qurumlardan güclü göstərməyə çalışır.

Mənbə: AlManar

Mənbə: eastnews.org