Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisinin əsas simvollarından olan - televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycanın 28 May - Respublika Gününə həsr olunub.

Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Mənbə: report.az