Rusiya səfiri Bundestaqa kiberhücumla bağlı Almaniya XİN-ə çağrıldı

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Bundestaqa haker hücumu hadisəsinə görə Almaniya Xarici İşlər Nazirliyinə çağrılıb.

Qaynarinfo xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, onu Xarici İşlər Nazirliyinin dövlət katibi Miquel Berger dəvət edib.

"Berger Federal hökumət adından Alman Bundestaqına edilən haker hücumunu sərt şəkildə pisləyib", məlumatda deyilir.

Neçayevə məlumat verilib ki, Brüsseldəki federal hökumət hücumun günahkarlarına qarşı AB-nin kiber sanksiya rejimindən istifadə edir

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Honk Konqda 100-dən çox nümayişçi saxlanıldı

SONRAKI XƏBƏR

Prezident «Paşa Holdinq»i təriflədi – «İŞİNİ GÖRÜR, ÖZÜNÜ REKLAM ETMİR»