“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”

“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”

Natiq Miri: “Bu ölkədə qalmaq istəyən istənilən dövlət Türkiyə ilə razılaşmağa məcburdur”

Son vaxtlar RusiyanınLiviyaya müasir döyüş təyyarələri göndərməsi ilə bağlı məlumatlaryayılmaqdadır.

Maraqlıdır, Rusiyanın Liviyadahərbi baxımdan möhkəmlənmək istəyi nədən xəbər verir? Rusiyanın Liviyadakı hərbimövcudluğu yaxın gələcəkdə onun Türkiyə ilə üz-üzə gəlməsini şərtləndirə bilərmi?

Moderator.az-a açıqlamaverən politoloq Natiq Miri Türkiyənin Liviyadakı nüfuz və təsir imkanlarınındigər dövlətlərdən daha böyük olduğuna diqqət çəkdi:

 

“Rusiyanın Liviyada hərbibaxımdan möhkəmlənmək istəməsi Kremlin regiondakı maraqları ilə əlaqəlidir. Xatirinizdədirsə,Medvedevin prezidentliyi dönəmində Qəddafinin hakimiyyətdən düşürülməsiprosesində Rusiya Liviyadan uzaqlaşdırılmışdı. Indi Rusiya yenidən Liviyayaqayıdır və üsyankar general Haftarı hərbi baxımdan dəstəkləməklə regiondakı,Aralıq dənizindəki maraqlarını təmin etmək istəyir. Biz bunu 2015-ci ilinsentyabrında Suriyaya hərbi müdaxilədə də gördük. Eyni proseslər bu günLiviyaya münasibətdə baş verməkdədir.

Türkiyə və Rusiya bu günəqədər Liviyada böyük miqyasda olmasa da üz-üzə gəlib. Rusiyanın Vaqner qrupununTürkiyə hərbi gücləri tərəfindən ciddi zərbələr aldığı da hər kəsə məlumdur. Rusiyaparalel olaraq öz qırıcılarını Liviyaya göndərməklə, yaxud ən azından belə birinformasiya dövriyyəyə buraxmaqla Liviyadan vaz keçməyəcəyinin mesajını verir. Əslindəbu qırıcı təyyarələrin göndərilməsi Türkiyə ilə bazarlığa getmək istəyi iləbağlıdır. Çünki Türkiyə sadəcə Liviyanın legitim hökumətinə dəstək verməkləkifayətlənmir. Türkiyə bu gün bütün dünya ilə qarşı-qarşıya gəlib. General Haftarüsyançılarını Rusiya, Misir, Səudiyyə Ərəbisanı, BƏƏ, Avropa Birliyi, hətta ABŞda ciddi şəkildə dəstəkləməkdədir. Bu gün Türkiyə Liviyada yalnız Rusiyamuzdluları ilə deyil, eyni zamanda yuxarıdakı dövlətlərin maliyyə dəstəyi iləüz-üzədir.

Rusiya Liviyada hərbibaxımdan güclənməyə cəhd etsə də, düşünmürəm ki, proseslər Moskvanın istədiyikimi gedəcək. Bundan öncə də Rusiyanın hava hücumundan müdafiə sistemləriniHaftar üsyançılarına versə də, onlar Türkiyənin dronları tərəfindən nəinki zərərsizləşdirildi,hətta onların bir neçəsi ələ keçirildi. Bunlar rus hərbi maşınına ciddi zərbəoldu.

Bu gün Liviyada həllediciamil Sarrac hökuməti və onları dəstəkləyən Türkiyədir. Əgər kimsə, hansısa dövlətLiviyada öz varlığını sürdürmək istəyirsə, Türkiyə ilə razılaşmalıdır”

Seymur ƏLİYEV

Mənbə: moderator.az