Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət! Cümhuriyyət 102 yaşında..

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət!  Cümhuriyyət 102 yaşında..

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 ay fəaliyyət göstərməsi böyük tarixi hadisədir. Azərbaycan xalqı üçün qürurverici bir gündür. Demokratik respublikanın yaranmasından tam 102 il ötür. Tarixin ən gözəl günlərindən biridir. Azərbaycan xalqının cümhuriyyət ənənələrinə verdiyi dəyər o dövrdə dövlətimiz üçün əvəzsiz xidmətləri olan insanların xatirələrini hər daim yad etməsidir. Bu tarix azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya ilk dəfə çatdırldığı gündür. Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi. Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

 

Bu gün Azərbaycan dövlətinin olması M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Amma unutmayaq ki, müasir Azərbaycanımızın qurucusu da Heydər Əliyevdir. Biri Azərbyacanı yaratmış, biri Azərbaycanın var olmasını təmin etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Azərbaycanın banisidir. Bunu Ulu Öndərimiz Heydər Əliyev də dediyi sözlərlə təsdiqləmişdir. Müstəqillik təsadüfən qazanılmır, ya da onu hədiyyə edilmir. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq zəhmət tələb edir. Biz bu müstəqilliyi qazanmışıq və illərdir qoruyub saxlayırıq. Bu gün uğurlu siyasətin davamçısı olan İlham Əliyev müstəqilliyin qorunub saxlanılması üçün Azərbaycanın dünyada tanınması və tarixinin tanıdılması ilə bir çox uğurlu müqavilələrə imza atıb.

 

Respublika günü hər bir vətəndaş üçün önəmli bir gündür deyə hesab edirəm. Çünki bizim varlığımız bizim dövlətçiliyimizdir. Əbədi olaraq müstəqil yaşamaq əzmi ilə bayramın mübarək, Azərbaycan!

 

Müstəqillik bayramındır,

Bugün sənin Azərbaycan!

Xoşbəxt güllər məqamındır,

Yoxdur tayın, Azərbaycan!

 

Vüsalə Fətullayeva

YAP Binəqədi rayon təşkilatının Şura üzvü

Mənbə: buta.ws