Onlayn görüşdə Əkrəm İmamoğlunun stolundakı yaşıl maye diqqət çəkdi

Onlayn görüşdə Əkrəm İmamoğlunun stolundakı yaşıl maye diqqət çəkdi

İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlunun onlayn görüşü zamanı qarşısına qoyulan yaşıl maye sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Yeniavaz.com "haberler.com"a istinadla xəbər verir ki, Əkrəm İmamoğlu İstanbulda baş verə biləcək hər hansı zəlzələ anında insanların bir-biri ilə əlaqə problemlərinin həll edilməsi barədə onlayn görüş keçirib. Həmin konfransda Əkrəm İmamoğlunun stolunun üstünə qoyulan stəkandakı yaşıl maye diqqət çəkib. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən mayenin bədəndən toksinləri atmaq və ümumi fiziki sağlamlığla kömək edən qarışım olduğu bildirilib. Qeyd edək ki, bu cür içkilər müxtəlif meyvələrin və bitkilərin qarışığından hazırlanır.

Mənbə: www.yeniavaz.com