Partiya sədri ABŞ-ın İran qarşısında məğlub olduğunu qeyd etdi

Partiya sədri ABŞ-ın İran qarşısında məğlub olduğunu qeyd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin "Vətən" partiyasının sədri Doğu Perinçek İran ilə ABŞ barəsində danışıb.

Jurnalistlərə açıqlama verən Doğu Perinçek ABŞ-ın İran qarşısında məğlub olduğunu bəyan edib.

"Venesuelaya gedən neft tankerləri ABŞ-ın təhdidlərinin boş olduğunu ortaya qoydu. İran bu məsələdə qalib gələn tərəf oldu", - deyə Doğu Perinçek diqqətə çatdırıb.

O, qeyd edib ki, Türkiyə də beynəlxalq məsələlərdə İranın atdığı addımları nəzərə almalıdır.

Mənbə: Türk mediası

Mənbə: eastnews.org