ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!

ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!

ABŞ hərbi yetkililərininaldığı qərarlar Pentaqonun Rusiya və Çini bundan sonra da “bombalamaqda” davamedəcəyini göstərir.

 

Moderator.az xəbər verirki, bu qənaətlə Rusiya mediası çıxış edib. ABŞ-ın davamlı şəkildə Rusiya və Çinyaxınlığında nüvə hücumlarnın məşqini həyata keçirdiyinə diqqət çəkən ruspolitoloqları, son vaxtlar məlum təlimlərin intensivləşməsindən narahatlıqlarınıdilə gətirib.

 

Kreml təəssübkeşlərihesab edir ki, strateji nüvə bombardmançılarının cəlb edildiyi təlimlər NATOdövlətlərinin müdafiəsi adı altında gerçəkləşdirilsə də, bu təlimlər müdafiədeyil, hücum xarakterli təlimlərdir və istər Rusiya, istərsə də Çin üçün təhdidtəşkil edir. ABŞ təyyarələrinin daha çox Krım, Kalininqrad, Murmansk, CənubiFederal Dairəsinə yaxın ərazilərdə göründüyünü vurğulayan ekspertlər, sovet dönəmində də Amerika təyyarələrinin onların sərhədlərinitez-tez “yoxladıqlarına” diqqət çəkib.

 

Rusiyanın stratejibombardmançıları olan Tu-160 və Tu-95MS təyyarələrinin də vaxtaşırı olaraq eyni“qonaqpərvərliklə” Amerika sahillərinə yaxın ərazilərdə uçuşlar həyata keçirdiyinibildirən mütəxəssislər, nə sülh, nə də müharibə şərtlərinə uyğun olmayan bu cürdavranışların psixoloji baxımdan hər iki tərəfdə ciddi gərginlik doğurduğu qənaətindədir.Lakin bununla belə, Rusiya politoloqları hesab edir ki, ABŞ-ın rus şəhərlərini “bombalamaqda”davam etdiyi hazırkı dönəmdə bu cür təlim uçuşlarını davam etdirmək vacibdir.

 

Seymur ƏLİYEV

Mənbə: moderator.az