Rusiyanın tanınmış azərbaycanlısı Azəbaycan xalqını belə təbrik etdi - VİDEO

Rusiyanın tanınmış azərbaycanlısı Azəbaycan xalqını belə təbrik etdi - VİDEO

Rusiyanın tanınmış azərbaycanlılarından biri olan Natiq Ağamirov 28 May Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

KONKRET.az xəbər verir ki, Rusiyanın Vəkillər Gildiyasının prezidenti N.Ağamirov özünün təşəbbüsü ilə hazırladığı video-çarxda ölkəmizin müstəqilliyinin xalqımızın ən böyük sərvəti olduğunu vurğulayıb.

Qeyd edək ki, Natiq İsmayıl oğlu Ağamirov 1958-ci il noyabrın 6- da Ağdam rayonunda anadan olub. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə orqanlarında işləyib. 1983-cu ildə Rusiya Federasiyasının ədliyyə orqanlarına – Moskva Vilayəti uzrə Ədliyyə İdarəsinə kecirilib, orada idarənin məsləhətçisi, baş mutəxəssisi – notariat şöbəsinin rəisi işləyib. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə – Huquqi Yardım İdarəsinin baş mütəxəssisi vəzifəsinə kecirilib. 1991-ci ildə RSFSR Ədliyyə Nazirliyinin İdarə rəisinin müavini – hüquqi yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildən Rusiya notariuslarının birinci təsis qurultayında Rusiya Notariusları Assosiasiyasının sədri, 1992-ci ildə isə Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri secilib. Huquq nəzəriyyəsi və hüquq tətbiqi fəaliyyəti sahəsində bir sıra elmi məqalələrin və yazıların muəllifidir. Rusiya Federasiyası Məhkəmə və notariat sistemi islahatının təşəbbüskarlarından biridir. Siyasi və hüquq elmləri namizədidir. Ümumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin sədridir. 2007-2009-cu illərdə Avropa Azərbaycanlıları Konqresinin Prezidenti olub. Hazırda Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının üzvüdur.

Mənbə: konkret.az