Bir daha Ramil Səfərovun işi barədə – Əbülfət MƏHƏRRƏMLİ yazır

Bir daha Ramil Səfərovun işi barədə – Əbülfət MƏHƏRRƏMLİ yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Avropa İnsanHaqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı məndə qəribə, ikili duyğularoyatdı və səmimi olaraq deyim ki, onu oxuyarkən təəssüf hissi keçirdim. “Makuçyanvə Minasyanın Azərbaycana və Macarıstana qarşı” işi əslində azərbaycanlızabitin Macarıstandan ölkəmizə ekstradisiyası ilə bağlıdır.

Hüquqşünaslarındiqqətlə araşdırıb Avropa İnsan Haqları Məhkəməsinin qərarı barədə daha səlahiyyətli,dolğun izah verəcəklər. Qərarla bağlı ilkin məlumatları, xüsusilə erməni tərəfininşərhlərini oxuyarkən ağlıma gələn bu oldu: Əgər ədalət adına çıxarılmış qərar məndəsual doğurursa, deməli, o heç də mükəmməl deyil. Və həqiqət , ədalət əslindəmüqayisədə öz gerçək dəyərini alır. Təsadüfi deyil ki, ədalət məhkəməsinin rəmziolan gözübağlı Femidanın əlində tərəzi, gözləri isə bağlıdır, heç nəyə rəğmənyaxşını, pisi müqayisə edib qərəzsiz hökm verir.

2004-cü ildəAzərbaycan zabiti Ramil Səfərov Macarıstanda zabit kurslarında iştirak edirdi.Ancaq həmin kurslarda iştirak edən erməni hərbçisinin təxribatı gənc Azərbaycanzabitinin taleyini tamamilə dəyişdi. Azərbaycan bayrağına həqarət etmiş ermənizabitinin tərbiyəsizliyini baş leytenantımız bağışlamadı, onu qətlə yetirdi və BudapeştŞəhər Məhkəməsi tərəfindən 2006-cı ildə azadlıqdan məhrum olundu.

Ermənistandahadisə ilə bağlı geniş şivən qoparmasaydılar, bəlkə də, bu hadisə Azərbaycandabu qədər geniş rezonans doğurmazdı. İrəvanda Budapeşt olayından beynəlxalq aləmdəşou düzəldib Azərbaycana qarşı ittihamlar səsləndirdilər. Halbuki ermənilər tərəfindənminlərlə bundan qat-qat ağır, bağışlanmaz cinayətlər törədilib.

Ramil SəfərovAzərbaycan bayrağına həqarət etmiş erməni zabitini öldürmüşdü. Əgər azərbaycanzabiti erməni hərbçinin bu hərəkətini cavabsız qoysaydı, ona necə baxardıq?

Bəs ermənilərmilli, etnik zəmində hansı cinayətləri törədiblər? Azərbaycanlıları öz dədə-babatorpaqlarından qovarkən onlara qarşı ermənilərin törətdiyi amansız cinayətlərəgörə bu gün insan haqlarından dəm vuran rəsmi İrəvan hüquq müstəvisində bir tədbirgördümü, hansısa bir cinayətkar məhkum olundumu? Xeyr!

Əksinə,dünyada türklərə və azərbaycanlılara qarşı törədilmiş qanlı terror hadisələrinə,bu gün heç kimə sirr deyil ki, Ermənistanın rəsmi dairələri gizlin və açıqformada rəvac veriblər.

Anasını girovsaxlamaqla Azərbaycan vətəndaşı Azər Aslanovu Bakı metrosunda dəhşətli terrortörətməyə Ermənistanın xüsusi xidmət orqanları (erməni “humanisti”, publisistZori Balayanın bilavasitə iştirakı ilə) məcbur etmişdilər və bu məhkəmə zamanıtəsdiqini tapmışdı.

Bu günmilyona yaxın azərbaycanlını Ermənistan rəhbərliyinin aqressiv, qeyri-insanisiyasəti öz yurd-yuvasından didərgin salıb, hüquqları kobudcasına tapdalanıb.Bir milyon insanın hüquqlarının pozulmasına dünya göz yummaqdadır, niyə beynəlxalqhüquq susur? Bu, beynəlxalq hüququn ikili standartlardan xali olmadığını göstərmirmi?Bu siyasət dünya siyasətində mövcud olan ikiüzlü siyasətə bariz nümunə deyilmi?

Uzağa getməknəyə lazım? Bütün erməni vəhşiliklərinin xaç atası, erməni faşizminin başideoloqu, XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda dinc soydaşlarımızaqarşı qırğınlar törətmiş Qaregin Ndeyə, bütün dünyada narazılıq bildirilməsinə,müharibə veteranlarının çoxsaylı müraciətlərinə baxmayaraq, İrəvanın ən görkəmliyerində heykəl yapılarkən prezident Serj Sarkisyanın və digər dövlət rəsmilərininiştirak etməsi göstərdi ki, bu ölkədə nasizm dövlət səviyyəsində dəstəklənir.

Türkiyənindövlət xadimi Tələt paşanı terror törətməklə öldürmüş Soqomon Teyleryanın buölkədə qoyulmuş abidəsi isə əslində milli, etnik dözümsüzlüyün zirvəsi hesabedilər. Abidədə erməni cani ayağını Tələt paşanın kəsilmiş başının üstünə qoymuşşəkildə təsvir edilib.

Bu siyahını uzatmaq da olar. Beynəlxalq hüququn qınamalı olduğu bu kütləvi cinayət əməllərinin, njdeizmin fonunda ermənilərin Ramil Səfərov məsələsində şivən qoparması heç cür adekvat sayıla və ilk növbədə ölkəmizdə haqlı qıcıq yaratmaya bilməzdi. Ona görə Azərbaycan rəhbərliyinin Avropa Konvensiyasına uyğun olaraq Macarıstandan səkkiz il məhbəs həyatı yaşamış azərbaycanlı zabitin 2012-ci ildə ölkəmizə ekstradisiyasına nail olması o zaman ürəyimizdən tikan çıxarmışdı. Hər şey müqayisədə öz həqiqi dəyərini alır!

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı barədə mühakimə yürüdərkən ağlıma ilk gələn bu oldu: Əgər ədalət adına çıxarılmış qərar məndə sual doğurursa, deməli, o heç də mükəmməl deyil. Və həqiqət, ədalət əslində müqayisədə öz gerçək dəyərini alır. Təsadüfi deyil ki, ədalət məhkəməsinin rəmzi olan gözübağlı Femidanın əlində tərəzi, gözləri isə bağlıdır, heç nəyə rəğmən yaxşını, pisi müqayisə edib qərəzsiz hökm verir.

Mənbə: onn.az