10-dan çox deputatın “vurulması” haqda göstəriş gəldi...- “Qara siyahı”...

10-dan çox deputatın “vurulması” haqda göstəriş gəldi...- “Qara siyahı”...

"Növbə bizə çatdı - Vardan Atabekyan, Sofya Ovsepyan, Anna Karapetyan, Taqui Tovmasyan, Hayk Sarkisyan (Zareeviç), Artur Davtyan, Viktor Yengibaryan, Anuş Beqloyan, Şirak Torosyan, Hovanes Igityan, Varazdat Karapetyan ... Hələ bu, “qara siyahı”nın hamısı deyil, genişləndirilə bilər. Bu siyahı hökumətdən hüquq-mühafizə orqanlarına verilib ki, həmin deputatlar haqda dosyelər toplansın. Kimin göstərişi ilə - bəllidir. Müddət də göstərilib - iyunun 15-dək... "

Moderator.az xəbər verir ki, bu məlumatları Ermənistan Baş naziri N.Paşinyanın rəhbəri olduğu “Mənim addımım” blokunun parlament fraksiyasındakı mənbə “Hraparak "qəzetinə açıqlamasında söyləyib.

“...“Niyə?" “Məlum adam onlara etibar etmir. Yəni hüquq-mühafizə orqanları "əvvəlki"ləri saxlamalı və "indiki"lərlə məşğul olmalıdır...

Bəli, "axtarış " işləri artıq başlamışdır. Hətta deputatların yaşadıqları ərazilərə baş çəkirlər, onlar haqqında soruşurlar, keçmişlərindən nənə-babalarına qədər nə isə bir şey axtarırlar. Çünki "yeni ”lər barədə xüsusi məlumatlar yoxdur...

-Məqsəd nədir?

-Hadisələrin qarşıdakı inkişafı ərəfəsində parlamentdəki qüvvələrin yenidən qruplaşmasının qarşısını almaq üçün potensial üsyankarları oyundan geri çəkmək lazımdır...

-Onları mandatlarını qoymağa məcbur edəcəklər və ya sadəcə "sakitləşdirmək" istəyirlər?

-Bəziləri üçün mandat məsələsi qaldırılıb, digər tərəf üçün isə mandat alınmasından öncəki vəziyyət... Şübhəsiz ki, qorxanlar olacaq..." – bunlar erməni qəzetindəki sual-cavabdandır.

Sultan Laçın

Mənbə: moderator.az