Haftar qüvvələrinin hücumunda 3 dinc sakin yaralandı

Haftar qüvvələrinin hücumunda 3 dinc sakin yaralandı

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyada Xəlifə Haftara tabe qüvvələr paytaxt Tripolidəki yaşayış məntəqələrinə raket hücumu təşkil edib.

Bu barədə Liviya hökumətinin Fəlakət və Təcili Yardım Qurumu nümayəndəsi Usamə Əli açıqlama verib.
O, hücumda 2-si uşaq olmaqla 3 dinc sakinin yaralandığını bildirib.

Yaralıların vəziyyətinin stabil olduğu qeyd edilib.

Mənbə: AA

Mənbə: eastnews.org