Gürcüstanda koronavirusa yoluxma faktı 746 oldu

Gürcüstanda koronavirusa yoluxma faktı 746 oldu

Son sutka ərzində Gürcüstanda aşkar edilən 8 yeni koronavirusa yoluxma faktından sonra burada COVİD-19 xəstələrinin sayı artaraq 746 nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə koronavirusla bağlı Gürcüstan hökuməti tərəfindən yaradılmış xüsusi rəsmi saytda qeyd edilib.

Karantində 2966, stasionar müalicədə 250 nəfər var, 576 nəfər sağalıb, 12 nəfər ölüb.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirusa yoluxma faktı fevralın 26-da qeydə alınmışdı, martın 21-də isə burada fövqəladə vəziyyət elan olunmuşdu.

Mənbə: news.day.az