Rusiya Ukraynanı bölməyə hazırlaşır - Saakaşvili

Kiyev Rusiyanın Ukrayna regionlarında təsirini gücləndirməsindən və ölkəni balkanlaşdırmasından qorxur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili deyib.

“Biz Rusiyanın Ukraynada islahatların olmamasından fayda götürəcəyi situasiyaya düşmüşük. Bununla bağlı dəlilləri bəzi açıq informasiya mənbələri və bir sıra kəşfiyyat mənbələrində görürük. Əsas təhlükə ayrı-ayrı regionların Rusiya təsirinə düşə biləcəyidir. Bu, balkanlaşma ssenarisidir. Biz hər şeyi edəcəyik ki, o reallaşmasın”, – deyə o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Terror hücumlarında Əfqanıstan ordusunun 15 əsgəri öldürülüb

SONRAKI XƏBƏR

"Bacılarım 15-20 il sillə və təhqirlərə dözüblər" - BRİLLİANT DADAŞOVA NƏLƏR DANIŞDI