ABŞ Küveytlə raketdən müdafiə avadanlıqlarının satılması barədə razılıq əldə etdi

ABŞ Küveytlə raketdən müdafiə avadanlıqlarının satılması barədə razılıq əldə etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti Küveytdə "Patriot" raketdən müdafiə sistemlərini gücləndirmək üçün 1,4 milyard dollar dəyərində avadanlıq satmağa razılıq verib.

Dövlət Departamentindən verilən məlumata görə, Vaşinqton avadanlıq sataraq Küveytdən 1.4 milyard dollardan çox gəlir əldə edəcək.

Üç ədəd adıçəkilən silahdan Küveytə satılmasını özündə ehtiva edən sazişin dəyəri 1.42 milyard dollardır.

Bu müqavilələrə 800 milyon dollar dəyərində 84 inkişaf etmiş "Patriot" raket, 425 milyon dollar dəyərində texniki xidmətlər və bu 200 milyon dollarlıq raket sistemlərinin təmiri və planlaşdırılması daxildir.

Dövlət Departamenti, razılaşmaların Küveytin gələcək təhdidlərlə mübarizə etmək qabiliyyətini yaxşılaşdırdığını, neft və təbii qaz infrastrukturunun daha yüksək təhlükəsizliyini təmin etdiyini iddia edib.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org