Türkiyə Rusiyanın ən yeni komplekslərinin sirrini açdı

Türkiyə Rusiyanın ən yeni komplekslərinin sirrini açdı

Türkiyə Liviyadakı hərbi fəaliyyətlərin gedişində Bayraktar TB2 pilotsuz uçan aparatı ilə məhv etdiyi Rusiyanın Pantsir S1 zenit raket komplekslərinin sirrini açmağı bacarıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Polşanın “Defence24” saytı çıxış edib.

“Liviya konflikti Türkiyə tərəfi, eləcə də Qərb dünyası üçün Rusiyanın ən yeni zenit raket kompleksləri ilə bağlı misilsiz informasiya mənbəyi ola bilər” – deyə sayt bildirib.

Qeyd edək ki, bundan öncə Liviyada 4 gün ərzində 9 Rusiya istehsalı zenit raket kompleksinin məhv edildiyi açıqlanmışdı.

Mənbə: axar.az