Sabiq Baş nazir partiyadan qovuldu

Sabiq Baş nazir partiyadan qovuldu

Malayziyanın keçmiş Baş naziri Mahathir Bin Mohamad 2016-cı ildə qurduğu Malayziya Birləşmiş Millətlər Partiyasından (PPBM) çıxarılıb.

Cebhe.info xəbər verir ki, partiya rəhbərliyinin yazılı açıqlamasında, keçmiş Baş nazir Mahathir və PPBM üzvləri Muxriz Mahathir, keçmiş İdman naziri Seyit Sadiq, Əmiruddin Həmzə, keçmiş Təhsil naziri Maszlee Malik, 18 martda keçirilən fövqəladə parlament iclasında digər partiya üzvləri ilə oturmadıqları üçün intizam heyəti qərarı ilə partiyaya üzvlükləri ləğv olunduğu bildirilib.

PPBM Yüksək Şurası üzvü Van Seyful Van Jan, qərarın partiya rəhbərlərinin şəxsi mülahizələri nəticəsində alınmadığını bildirərək, "Dünyadakı heç bir siyasi partiya parlamentdə millət vəkillərinin fərqli stullarda oturmasına icazə verməz. Buna görə də üzvlüyü avtomatik olaraq dayandırılır”, - deyə qeyd edib.

Mahathir və onunla birlikdə dörd siyasətçinin yayımladığı ortaq bir şərhdə, partiya rəhbərliyinin onların üzvlüyünü ləğvetmə qərarının qanunsuz olduğunu bildirərək “Bu qərar partiya başçısının (Baş nazir Muhyiddin Yasin) məzlum münasibətinin təzahürüdür. Partiya sədrinin heç bir səbəb olmadan bizi qovması faktı, partiya seçkiləri öncəsi rəhbərlik etdiyi heyəti idarə etməkdə çətinlikləri və Baş nazir kimi sabitliyinin təhlükədə olduğunu göstərir", - deyə vurğulayıblar.

Mahathir Bin Mohamad bundan əvvəl üzvü olduğu Birləşmiş Malay Milli Təşkilatı (UMNO) Partiyasındakı korrupsiya qalmaqallarına cavab olaraq 2016-cı ildə partiyasından istefa edib və eyni ildə ətrafındakı bir neçə müşayiətçi ilə PPBM qurub. Mahathir fevralın 23-də başlayan, onun Baş nazir vəzifəsindən istefası ilə nəticələnən hökumət böhranından sonra, partiya rəhbərliyindən də istefa verib və iyunda keçirilməsi planlaşdırılan qurultaydan əvvəl bu vəzifəyə namizəd olub.

Mütəxəssislərin fikrincə, Mahathir partiya rəhbərliyinin onun haqqındakı qərarından sonra liderlik uğrunda mübarizə apara bilməyəcək.

Malayziyada siyasi böhran və hökumət dəyişikliyi:

Malayziyada 23 fevralda müxalifət partiyaları UMNO və Malayziya İslam Partiyasının (PAS) Mahathirin rəhbərliyi altındakı iqtidarı devirərək Milli Birlik adında yeni bir iqtidar koalisiyası yaratmaq siyasəti siyasi böhrana səbəb olmuşdu.

Mahathir UMNO-da korrupsiyaya uğramış adlarla işləmək istəmədiyi üçün ertəsi gün Baş nazir postundan istefa etmişdi.

Malayziya Birləşmiş Millətlər Partiyasının (PPBM) sədri Muhyiddinin Milli İttifaq layihəsini dəstəklədikdən sonra Mahathir, eyni gündə partiya rəhbərliyindən də istefa etmək qərarına gəlmişdi.

Milli Birliyə Mahathirin yaxınlaşmamasından sonra UMNO və PAS, sonrakı günlərdə Muhyiddini Baş nazir vəzifəsinə namizəd göstərmişdi. Bunun ardınca, Malayziya Kralı Sultan Abdullah Şah, 29 fevralda baş nazir təyin etdiyi Muhyiddinə hökuməti qurmaq tapşırığı vermişdi.

Mahathir, Muhyiddin və Milli Birliyin parlamentdə çoxluq təşkil etmədiyini söyləyərək, etimad səsverməsi üçün parlamentin ən qısa müddətdə çağırılmasını tələb etmişdi.

Mənbə: cebhe.info