“Ərazilər qaytarılmayacaq” – Baş nazir nöqtə qoydu

“Ərazilər qaytarılmayacaq” – Baş nazir nöqtə qoydu

“İordaniya vadisinin ilhaq edilməsindən sonra bu bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək, onlar Fələstin vətəndaşı olaraq qalacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Netanyahu bildirib ki, fələstinlilər Qərbi Şəriyədə İsrailin təhlükəsizlik nəzarətini qəbul etsələr, ABŞ Prezidenti Donald Trampın “dövlət” adlandırdığı bir statusları olacaq.

O, Trampın “Yaxın Şərq Sülh Planı”nı qəbul etməyəcəkləri halda fələstinlilərin ağır şərtlərə məruz qalacaqlarını da sözlərinə əlavə edib.

Trampın sözügedən planının tarixin axınını dəyişdirmək üçün fürsət olduğunu bildirən İsrail baş naziri deyib: “Bu plan bizim belə xəyalımıza gətirmədiyimiz və uzun illərdir reallaşdırmaq üçün savaşdığımız amilləri özündə ehtiva edir”.

“Tövrat” rəvayətlərinə işarə edən Netanyahu Qərbi Şəriyənin qədim və tarixi yəhidi əraziləri olduğunu, heç bir halda fələstinlilərə verilməyəcəyini söyləyib.

O, fələstinlilərin İsrailin nəzarətində təəbə olaraq qalacağını vurğulayıb.

Mənbə: teleqraf.com