Böhranın dayandırmadığı layihələr - VİDEO

Böhranın dayandırmadığı layihələr - VİDEO

Bu il Azərbaycanda 7000-8000 məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi planlaşdırılır.

Bunu Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında bildirdi.

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili Mahir Abbaszadə deyir ki, ölkə ərazisində, xüsusilə, Bakı və Abşeron ərazisində məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Bu komplekslər ilin sonunadək məcburi köçkün ailələrinin istifadəsinə veriləcək.

Millət vəkilinin sözlərinə görə, qlobal iqtisadi böhran, neft qiymətlərinin kəskin azalması Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən sosial layihələrə mane olmur.

Qeyd edək ki, ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri məcburi köçkünlərin sosial problemlərinin həllidir. Bununla bağlı dövlət başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

REAL

Mənbə: www.realtv.az