İraqın Nəcəf şəhərinə giriş-çıxış tamamilə bağlandı

İraqın Nəcəf şəhərinə giriş-çıxış tamamilə bağlandı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Nəcəf əyalətinin Böhran Vəziyyətlərində İdarəetmə Qrupu bu vilayətin tamamilə bağlandığını və koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün insanların bu şəhərə girməsinin qarşısının aldığını açıqlayıb.


Bu barədə İraq mediası məlumat yayıb.


Məlumata görə, Nəcəf şəhərinin Böhran İdarəetmə Qrupu koronavirusun yayılması ilə mübarizə üçün şəhərin tamamilə bağlandığını elan edib. Digər şəhərlərin sakinlərinin Nəcəf əyalətinə girməsinə icazə verilmir.


Əyalətdə saat 10:00-dan 19:00-a qədər komendant saatları elan olunur.


İraq rəsmiləri koronavirusla mübarizə tədbirlərini həyata keçirmək və gücləndirməklə virusun İraqda yayılmasını qarşısını almağı hədəfləyir.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org