Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

...İsrail baş naziri bildirib ki, İordan çayının qərbində bəzi ərazilərin üzərində suverenliyin elan edilməsi iyul ayında həyata keçiriləcək

“İsrailin İordan çayının qərb sahilində bəzi ərazilərin üzərində suverenliyini elan etməsi iyul ayında həyata keçiriləcək. İordan vadisindəki fələstinlilər İsrail vətəndaşlığını əldə edə bilməyəcəklər.”

İnterAz RT-ə istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “İsrael Hayom”-a verdiyi müsahibəsində bildirib.

İsrail baş naziri bildirib ki, İordan çayının qərbində bəzi ərazilərin üzərində suverenliyin elan edilməsi iyul ayında həyata keçiriləcək.

İordan vadisində bir sıra fələstinli qəsəbələrin üzərində də İsrailin təhlükəsizlik baxımından tam nəzarətinin qüvvədə qalacağını deyən Benyamin Netanyahu açıqlayıb ki, İordan vadisi üzərində suverenliyin elan edilməsinə baxmayaraq burdakı burdakı fələstinlilərə vətəndaşlıq verilməyəcək və onlar muxtariyyətə tabe qalacaqlar.

Netanyahu bildirib ki, ərazilərin ilhaq edilməsi elə ABŞ-ın Əsrin Sazişi adlı planınındakı kimi həyata keçirilir.

Qeyd edək ki, BMT, Avropa İttifaqı 1967-də işğal edilən Fələstin əraziləri üzərində İsrailin suverenliyinin rəsmən elan edilməsi barədə xəbərdarlıq ediblər.

Mənbə: www.interaztv.com