Xüsusi karantin rejiminin müddəti də uzadıldı

Xüsusi karantin rejiminin müddəti də uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

 

Mənbə: qafqazinfo.az