Çin ordusu əmr gözləyir, müharibə hər an başlaya bilər - İKİ ÖLKƏYƏ HÜCUM

Çin ordusu əmr gözləyir, müharibə hər an başlaya bilər - İKİ ÖLKƏYƏ HÜCUM

Çin qonşusu Hindistana hücum edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Hərbi Komissiyası Birgə Qərargah İdarəsinin rəisi, general Li Zuoçeng bildirib.

Hindistan - Çin sərhədi 1914-cü ildə ingilislər tərəfindən müəyyənləşdirilib. Hindistan sərhəd xəttini tanısa da, Çin bundan imtina edib.

58 il əvvəl Çinin Hindistanın şimal-şərqinə girməsi və rəsmi Pekinin qələbəsi ilə başa çatan müharibədə hər iki tərəfdən 2 mindən çox əsgər ölüb. ABŞ hökumətinin vasitəçiliyi ilə 4250 metr yüksəklikdəki dağlıq ərazidə bir ay davam edən müharibədən sonra atəşkəs sazişi bağlanıb və iki ölkə müharibədən əvvəlki sərhədlərinə qayıdıb.

Tərəflər problemi 1993-1996-cı illərdə iki dəfə siyasi yolla həll etməyə cəhd etsələr də, heç bir uğur əldə edə bilməyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Çin və Hindistanın sərhəddə əlavə ordu yığması tərəflər arasında gərginliyi daha artırıb.

Tayvana da hücum planı var

Bu gün "Reuters" xəbər agentliyi Çinlə bağlı daha bir təcili xəbər yayıb. Hindistanla bağlı açıqlaması ilə dünyada gündəm olan general Li Zuoçeng bildirib ki, Tayvanın müstəqillik istəyinin qarşısını almaq üçün də hərbi plan masadadır:

"Dinc birləşmə ehtimalı yox olarsa, Xalq Azadlıq Ordusu separatçı intriqaları və hərəkətləri qətiyyətlə boğmaq üçün bütün lazımi addımları atacaq. Tayvan boğazındakı vəziyyəti tarazlaşdırmaq və nəzarət etmək üçün güc tətbiq edilməyəcəyinə söz vermirik”.

Sözügedən general 1979-cu ildə Çinin Vyetnam işğalında iştirak edən və müharibə təcrübəsi olan bir neçə yüksək rütbəli zabitlərdən biridir.

Mahir Ələkbərov / Redaktor.az

Mənbə: redaktor.az