Nyu-York bələdiyyəsindən miqrantlarla bağlı YENİ QANUN

Nyu-York bələdiyyəsindən miqrantlarla bağlı YENİ QANUN

ABŞ-ın Nyu-York şəhər bələdiyyəsi "qanunsuz mühacir, qanunsuz miqrant" sözlərinin istifadəsinin qadağan olunduğunu açıqlayıb.

Sonxeber.az xəbər verir ki, ABŞ-da polisin boynuna diz qoyması və bir neçə dəqiqə nəfəs almasına mane olmasına görə ölümlə nəticələnən görüntülər ölkənin qəzəbinə səbəb olub.

Belə ki, Nyu-York şəhər məclisinin üzvləri ölkədə artan irqçilik və polis zorakılığına qarşı vacib bir qərar qəbul ediblər.

Nyu-York şəhər bələdiyyəsi, şəhərin qanuni sənədlərində xarici (yad) və "qeyri-qanuni mühacir, qanunsuz miqrant' sözlərinin istifadəsinin qadağan olunduğunu açıqlayıb.
Rəsmilər bu sözlərin insanları alçaltdığını deyib.

F.Ağayeva

Mənbə: sonxeber.az