Beynəlxalq videokonfrans (VİDEO)

Beynəlxalq videokonfrans (VİDEO)

Birləşmiş Millətlər Təkilatı tərəfindən “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib. Hazırda ölkələrarası sərhədlər bağlı olduğundan və əksər ölkələrdə COVID 19-la bağlı karantin rejimi höküm sürdüyündən toplantı video formatda təşkil edilib.

Konfrans BMT Baş katibinin COVID - 19 problemi ilə əlaqədar din xadimlərinin səfərbər olmaları haqqında 11 aprel tarixli çağırışı əsasında keçirilib.

Konfransda Azərbaycanı BMT-nin Beynəlxalq tədbirin təşəbbüs qrupunun dəvəti əsasında Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadə təmsil edib.

 

Mənbə: www.realtv.az