Qərargah açıqladı: Bunu düzgün şəkildə etsək...

Qərargah açıqladı: Bunu düzgün şəkildə etsək...

Əvvəlki yumşalma mərhələlərində olduğu kimi, bu dəfə də ikitərəfli qərar qəbul edilib. Həm karantin rejimi uzadılıb, həm də nisbətən yumşaldılıb.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Bunun əsas məqsədi odur ki, həm iqtisadi aktivliyi artırmalı, həm də özümüzü qorumalıyıq. Əgər bunu düzgün şəkildə həyata keçirsək, karantin rejimi böhran vəziyyətinə keçməyəcək".

O bildirib ki, bu səbəblə ölkə ərazisində xüsusi karantin rejimi 15 iyun tarixinədək uzadılıb.

Mənbə: axar.az