Şeyx həbs olundu

Şeyx həbs olundu

İsrail xüsusi xidmət orqanı Məscidul-Əqsanın imamı Xəlifə Şeyx İkrime Səbrini saxlayıb.

Cebhe.info xəbər verir ki, Şeyx Səbrinin ailəsindən adının hallanmasını istəməyən şəxsin mətbuata verdiyi açıqlamada bildirib ki, İsrail qüvvələri Şeyx Səbrinin işğal altındakı Şərqi Qüdsün Es-Suvvane məhəlləsindəki evinə basqın edərək onu saxlayıblar.

Səbrinin həbs qərarını rədd etdiyini bildirən şəxs, İsrail qüvvələrinin Şeyxi heç bir əsas olmadan zorla tutduğunu qeyd edib.

Həmin şəxs, Şeyx Səbrinin İsrail qüvvələri tərəfindən işğal edilən Şərqi Qüdsün Köhnə Şəhər mahalının Yafa (Əl-Xəlil) darvazasındakı polis bölməsinə aparıldığını bildirib.

Qeyd edək ki, İsrail hakimiyyəti, yanvar ayında keçmiş Qüds-Fələstin Müftisi olan və hazırda Qüds İslam Respublikası Ali Komitəsinin sədri vəzifəsində çalışan Səbrini 4 ay müddətinə həbs etmişdi.

Əli Bədir

Mənbə: cebhe.info