Maska taxmayanlar məsuliyyətə cəlb olunacaq - Qərargah

Maska taxmayanlar məsuliyyətə cəlb olunacaq - Qərargah

Karantin rejiminin tələblərinə, maskalardan istifadə olunmasına ciddi nəzarət olunacaq.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunacaq. Tələbələrə riayət edilməməsinə görə, cəzanın miqdarı müəyyənləşdirilməyib. Bu qərar Milli Məclisdə müzakirə olunacaq. Artıq cərimələrdən yayınmaq mümkün olmayacaq".

Qurum rəsmisi qeyd edib ki, yoluxma halları artan rayonlarda sərt karantin rejiminin sadələşdirilməsi mümkündür: "Eyni zamanda, ölkə daxili uçuşlar gələn həftədən bərpa oluna bilər.

Lakin beynəlxalq uçuşlar 15 iyunadək uzadılır. Bu digər ölkələrdə karantin rejimi ilə bağlı qəbul olunan qaydalardan asılıdır. Beynəlxalq uçuşlar bərpa olunacağı təqdirdə, başqa ölkələrdə koronavirus testindən keçən şəxslərin nəticələrini tanınmasına ehtiyac var. Burada əsas məqsəd test nəticəsi neqativ çıxan şəxsin yenidən karantinə alınmamasıdır" .

İbrahim Məmmədov bildirib ki, mayın 27-də Moskvadan 174 nəfər Azərbaycana gətirilib: "Eyni zamanda Hindistan, Gürcüstandan vətəndaşlarımız gətirilib. Mayın 30-da Londondan 40-50 nəfərin ölkəmizə gətirilməsi planlaşdırılır".

İbrahim Məmmədov qeyd edib ki, ölkəmizdə 10 mindən artıq maska ehtiyyatı var.

Mənbə: axar.az