TƏBİB-dən koronadan sağalan xəstələrə - Müraciət

TƏBİB-dən koronadan sağalan xəstələrə - Müraciət

Aparılan araşdırmalar xəstəliyi ağır keçirən insanlardan alınan plazmaların effektivliyini göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Çox ağır xəstələrə tətbiq olunan bu plazma sayəsində onların həyatını xilas etmək mümkün oldu. Sağalmış vətəndaşlarımızı plazmalarını verməyə çağırırıq. Bu, heç bir həyatı təhlükə yaratmır. Bir çox ölkələrdə koronavirus olmasa belə, bu təcrübədən müalicə məqsədilə istifadə olunur", - deyə TƏBİB sədri qeyd edib.

Mənbə: teleqraf.com