"Pandemiyanın ikinci dalğası qış aylarında daha ciddi bir şəkildə gələ bilər"

"Pandemiyanın ikinci dalğası qış aylarında daha ciddi bir şəkildə gələ bilər"

"Azərbaycan pandemiyanın birinci dalğasının ikinci mərhələsindədir".
Primetime.az xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, hazırda bütün dünya eləcə də Azərbaycan pandemiyanın birinci dalğasının ikinci mərhələsindədir. Əgər bu mərhələdə qaydalara riayət edilməzsə, ikinci dalğa qış aylarında daha ciddi bir şəkildə gələ bilər.

Ramin Bayramlı həmçinin virusun mutasiyaya uğradığını da bildirib: "Son iki həftəyə qədər asimptomatik xəstələrdə 7-ci günü sonunda aparılan testlər neqativ çıxırdı. Lakin son 2 həftədə aparılan testlərin nəticələri müsbət çıxıb. Bu da virusun mutasiyaya uğradığını göstərir".

Mənbə: primetime.az